​Fransa və İran prezidentlərinin naharı menyuda şərab olduğuna görə baş tutmayıb

​Fransa və İran prezidentlərinin naharı menyuda şərab olduğuna görə baş tutmayıb Fransalı məmurlar şərabı menyudan çıxartmaqdan imtina ediblər
Digər ölkələr
29 Yanvar , 2016 02:40
​Fransa və İran prezidentlərinin naharı menyuda şərab olduğuna görə baş tutmayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Fransa və İran prezidentləri Fransua Olland və Həsən Ruhaninin Parisdə nahar yeməyi ev sahiblərinin şərabı menyudan çıxartmaq istəməmələri səbəbindən baş tutmayıb.

"Report" xəbər verir ki, bu barədə yerli "The Local" nəşri yazıb.

Prezidentlər paytaxtın nüfuzlu restoranlarından birində nahar etmək istəyiblər. Lakin onların görüşü iranlıların "spirtsiz nahar" xahişindən sonra baş tutmayıb.

Fransalı məmurlar öz növbələrində naharda ənənəvi yerli yemək və şərabın olmasına təkid ediblər və İran tərəfinin tələbinin yerinə yetirilməsini respublika dəyərlərinin pozulması anlamına gəldiyini bildiriblər.

Yelisey sarayı nahar əvəzinə səhər yeməyi təklif etsə də, bu təklif "olduqca ucuz" olması səbəbindən qəbul olunmayıb.

Son xəbərlər

Orphus sistemi