Parisdə bu gün havanın temperaturu 42,4 dərəcəyə çatıb - YENİLƏNİB

Parisdə bu gün havanın temperaturu 42,4 dərəcəyə çatıb - YENİLƏNİB Fransanın paytaxtı Parisdə bu gün havanın temperaturu 42,4 dərəcəyə yüksəlib.
Digər ölkələr
25 İyul , 2019 19:11
Parisdə bu gün havanın temperaturu 42,4 dərəcəyə çatıb - YENİLƏNİB

Fransanın paytaxtı Parisdə bu gün havanın temperaturu 42,4 dərəcəyə yüksəlib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Meteoroloji Xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün Almaniyada da rekord dərəcədə isti qeydə alınıb. Almaniyanın Lingen şəhərində 41,5 dərəcə isti olub. 


***16:43

Bu gün Fransa tarixində ilk dəfə paytaxt Parisdə 41 dərəcə isti qeydə alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Fransa Meteoroloji Xidməti məlumat yayıb.

Gün ərzində temperaturun daha da yüksələcəyi gözlənilir.

Qeyd edək ki, Parisdə sonuncu dəfə ən yüksək temperatur 1947-ci ildə qeydə alınıb. Həmin il paytaxtda 40,4 dərəcə isti olub.  

Son xəbərlər

Orphus sistemi