Fransa Suriyada terrorla mübarizəni davam etdirəcək

Fransa Suriyada terrorla mübarizəni davam etdirəcək Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın Suriyadan hərbçiləri çıxarmaq qərarına baxmayaraq, Fransa bu ölkədə terrorla mübarizəsinə davam etdirəcək.
Digər ölkələr
20 Dekabr , 2018 13:12
Fransa Suriyada terrorla mübarizəni davam etdirəcək
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın Suriyadan hərbçiləri çıxarmaq qərarına baxmayaraq, Fransa bu ölkədə terrorla mübarizəsinə davam etdirəcək.

“Report” TASS-aa istinadən xəbər verir ki, bunu Avropa işləri naziri Natali Luazo “CNews” telekanalının canlı efirində bildirib.

“Terrorla mübarizə heç da qurtarmayıb. İndi xeyli uğurlar əldə edilib, o cümlədən Suriyada beynəlxalq koalisiya çərçivəsində fəaliyyət göstərilir, lakin bu döyüş davam etdirilməlidir”, – nazir deyib.

O, ABŞ Prezidentinin sözügedən qərarından sonra da terror təhlükəsinin sovuşmadığı bir şəraitdə Fransanın Avropada müstəqil qərarlar vermək imkanına, strateji muxtariyyat imkanına malik olmasının vacibliyini vurğulayıb.

Fransalı nazirin dediyinə görə, ABŞ Prezidentinin qərarı Avropa ilə ABŞ-ın müxtəlif prioritetlərə malik olduğunu göstərir: "Bu qərar Fransanın, eləcə də digər Avropa İttifaqı ölkələrinin özlərinə bel bağlamalı olduğunu ortaya qoyur".

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Suriyadakı 2 min amerikalı hərbçinin çıxarılması barədə qərar verib.

Son xəbərlər

Orphus sistemi