Fransa Suriyada kimyəvi silahın tətbiqi ilə əlaqədar BMT-nin fövqəladə iclasının çağırılmasını tələb edib

Fransa Suriyada kimyəvi silahın tətbiqi ilə əlaqədar BMT-nin fövqəladə iclasının çağırılmasını tələb edib Bakı. 8 aprel. REPORT.AZ/ Rəsmi Paris Şərqi Qutada kimyəvi silahın tətbiqini qəti şəkildə pisləyib və BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib.
Digər ölkələr
242
8 Aprel , 2018 20:54
Fransa Suriyada kimyəvi silahın tətbiqi ilə əlaqədar BMT-nin fövqəladə iclasının çağırılmasını tələb edib

Bakı. 8 aprel. REPORT.AZ/ Rəsmi Paris Şərqi Qutada kimyəvi silahın tətbiqini qəti şəkildə pisləyib və BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin rəhbəri Jan-İva Le Drianın bəyanatında bildirilir.

Nazirin açıqlamasında qeyd edilir ki, kimyəvi silahın tətbiqi hərbi cinayət və beynəlxalq rejimin pozulmasıdır. Fransanın XİN rəhbəri tezliklə BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını və Şərqi Qutadakı vəziyyətin müzakirə edilməsini tələb edib.

Son məlumatlara görə, Şərqi Qutada, Dumada kimyəvi silahın tətbiqi nəticəsində 80 nəfər ölüb. Onların arasında dinc sakinlər, o cümlədən qadınlar, uşaqlar da var. Bir sıra ölkələr hadisəni qəti şəkildə pisləyiblər.

Son xəbərlər

Orphus sistemi