Fransa siyasətçisi öz xalqına yox olma riski haqqında xəbərdarlıq edib

Fransa siyasətçisi öz xalqına yox olma riski haqqında xəbərdarlıq edib Fransa parlamentinin sabiq deputatı Marion Mareşal-Le Pen bildirib ki, ölkəsinin yerli sakinləri 2050-ci ildə azlıqda qalacaqlar
Digər ölkələr
21 May , 2021 05:13
Fransa siyasətçisi öz xalqına yox olma riski haqqında xəbərdarlıq edib

Fransa parlamentinin sabiq deputatı Marion Mareşal-Le Pen bildirib ki, ölkəsinin yerli sakinləri 2050-ci ildə azlıqda qalacaqlar.

Bu barədə “Report” “Valeurs actuelles”ə istinadən xəbər verir.

Onun fikrincə görə, rəsmi Parisin indiki siyasi kursu belə nəticəyə gətirib çıxaracaq.

Siyasətçi qeyd edib ki, Fransada əcnəbilərin assimilyasiyasına inanır. Ancaq onun sözlərinə görə, bu proses daha baş vermir, əcnəbi mədəniyyətlər yerli mədəniyyət üzərində üstün olmağa başlayıb.

Xatırladaq ki, daha əvvəl Fransanın istefada olan bir qrup generalı və hərbçiləri oxşar bəyanat yayıblar. Onlar özlərinin anonim müraciətində ölkənin prezidenti Emmanuel Makrona dövlətin dağılması riski haqqında xəbərdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi