Fransa şirkətləri ölkə vətəndaşlarını enerji istehlakını azaltmağa çağırıb

Fransa şirkətləri ölkə vətəndaşlarını enerji istehlakını azaltmağa çağırıb Fransanın Engie, EDF və TotalEnergies enerji şirkətlərinin rəhbərləri ölkə vətəndaşlarını Rusiya qazının tədarükünün azalması səbəbindən elektrik enerjisi və qaz istehlakını azaltmağa çağırıblar.
Digər ölkələr
26 İyun , 2022 15:20
Fransa şirkətləri ölkə vətəndaşlarını enerji istehlakını azaltmağa çağırıb

Fransanın Engie, EDF və TotalEnergies enerji şirkətlərinin rəhbərləri ölkə vətəndaşlarını Rusiya qazının tədarükünün azalması səbəbindən elektrik enerjisi və qaz istehlakını azaltmağa çağırıblar.

“Report”un məlumatına görə, bu barədə “Le Journal du Dimanche” şirkətlərin bəyanatına istinadən xəbər verir.

Qeyd olunub ki, enerji qiymətlərinin artması ailələrin alıcılıq qabiliyyətinə həddən artıq təsir edib.

Fransa enerji rəsmiləri həmçinin qaz tədarükünü şaxələndirərək və bağlanan obyektləri yenidən açaraq, artıq qısamüddətli tədbirlər gördüklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi