Bakı. 25 oktyabr. REPORT.AZ/ Fransa prezidenti Emmanüel Makron Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs-Səud ilə telefon söhbəti zamanı jurnalist Camal Xaşuqcinin Krallığın İstanbuldakı konsulluğunda ölümü ilə bağlı aparılan istintaqın detalları açıqlamağı tələb edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Franc-Press" məlumat yayıb.
"Fransa prezidenti Xaşuqcinin ölümü ilə bağlı böyük narazılığını bildirib və kraldan işin təfərrüatlarını açıqlamağı tələb edib", - deyə Yelisey sarayının yaydığı kommünikedə bildirilir.
Makron həmçinin jurnalistin ölümündə müqəssir bilinən şəxslərə qarşı tətbiq edilə biləcək beynəlxalq sanksiyalara qoşulacağını vəd edib.