Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 11-də Fransa Senatı səs çoxluğu ilə Fələstin Dövlətinin hökumət tərəfindən rəsmi olaraq tanınması ilə bağlı qətnaməni qəbul edib.
"Report" "TASS"a istinadən xəbər verir ki, sağ mərkəzçilərin çoxluq təşkil etdiyi Senatda 154 senator qərarın lehinə, 146-sı isə əleyhinə səs verib.
Xatırladaq ki, dekabrın 9-da parlamentin Aşağı Palatası 339 səs lehinə, 151 səs əleyhinə olmaqla Fələstin Dövlətinin tanınması ilə bağlı qətnaməni təsdiqləyib.