Fransa səfirliyinin bütün əməkdaşları yaxın vaxtlarda Kabili tərk edəcək

Fransa səfirliyinin bütün əməkdaşları yaxın vaxtlarda Kabili tərk edəcək Əfqanıstandakı hazırkı vəziyyət Fransa səfirliyinin bütün heyətinin yaxın vaxtlarda Kabildən təxliyə edilməsini tələb edir.
Digər ölkələr
26 Avqust , 2021 19:25
Fransa səfirliyinin bütün əməkdaşları yaxın vaxtlarda Kabili tərk edəcək

Əfqanıstandakı hazırkı vəziyyət Fransa səfirliyinin bütün heyətinin yaxın vaxtlarda Kabildən təxliyə edilməsini tələb edir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İrlandiyada bu ölkənin Baş naziri Mişel Martinlə birgə mətbuat konfransı zamanı deyib.

"Vəziyyət qarşıdakı saatlarda Kabil hava limanında və yaxınlığında olan hər kəs üçün xüsusilə təhlükəli olacaq. Hazırda Fransa səfiri, səfirlik işçiləri, digər fransızlar və xüsusi təyinatlılar hava limanındadır. Onlar tez bir zamanda Əfqanıstanı tərk edəcəklər", - Makron deyib.

Son xəbərlər

Orphus sistemi