Fransa NATO missiyası çərçivəsində Rumıniyada "Mamba" zenit-raket komplekslərini yerləşdirir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, mayın 16-dan Fransa silahlı qüvvələri Rumıniyada ən son nəsil “Mamba” zenit-raket kompleksini, həmçinin 3-cü ölçüdə müdafiə idarəetmə mərkəzini yerləşdirib.
"Bu silah sisteminin yerləşdirilməsi NATO-nun Avropanın şərq cinahında müdafiəs potensialının artırılmasının bir hissəsidir", - məlumatda deyilir.
Qeyd edək ki, “Mamba” orta mənzilli zenit sistemi ərazidə fəaliyyət göstərən qüvvələrin mühafizəsini təmin edə bilən mürəkkəb silah sistemidir.
Bundan əvvəl fevralın 26-da NATO missiyası çərçivəsində Fransa qoşunları Rumıniyaya yerləşdirilib.