Fransa Qətər üzərindən sanksiyaları götürməyə çağırıb

Fransa Qətər üzərindən sanksiyaları götürməyə çağırıb Bunu ölkənin xarici işlər naziri deyib
Digər ölkələr
15 İyul , 2017 19:24
Fransa Qətər üzərindən sanksiyaları götürməyə çağırıb

Bakı. 15 iyul. REPORT.AZ/ Fransa hökuməti ərəb ölkələri tərəfindən tətbiq olunan Qətər əhalisinə aid məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.

"Fransa əhaliyə, xüsusilə də üzvləri müxtəlif ölkələrdən olan və ayrı düşən ailələrə aid tədbirlərin daha tez bir zamanda ləğvinə çağırıb", - deyə Jan-İv Le Drian bildirib.

O, bu bəyanatla Dohaya səfəri zamanı çıxış edib.

Qeyd olunur ki, Fransanın xarici siyasət idarəsinin rəhbəri iyulun 15-də Səudiyyə Ərəbistanına, iyulun 16-da isə Küveyt və BƏƏ-yə səfər etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi