Fransa prezidentliyinə namizəd barəsində məxfi materialların yayıldığı iddia edilir

Fransa prezidentliyinə namizəd barəsində məxfi materialların yayıldığı iddia edilir Hillari Klintonun da elektron poçtundan “məxfi materiallar”la bağlı məlumat sızmışdı
Digər ölkələr
6 May , 2017 12:33
Fransa prezidentliyinə namizəd barəsində məxfi materialların yayıldığı iddia edilir

Bakı. 6 may. REPORT.AZ/ Fransa hakimiyyəti ölkə KİV-indən prezidentliyə namizəd Emmanuel Makronun seçki qərargahından sızan material və fotoları yaymağa çağırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Fransada prezident seçkisi qabağı təbliğata nəzarət üzrə komissiyanın saytı məlumat yayıb.

Komissiya bildirib ki, həmin materialların yayılması seçicilərin səsvermə zamanı öz iradələrini sərbəst şəkildə ifadə etməsinə və səslərin həqiqilinyə təsir edər: “Ona görə KİV-dən, özəlliklə internet-saytlardan belə məlumatları yaymamaq tələb olunur. Qeyd edək ki, yalan məlumatı yayanlar qanun qarşısında cavab verəcəklər”.

Xatırladaq ki, “WikiLeaks” təşkilatı Emmanuel Makronun qərargahından aprelin 24-dək sızan 9 Giqabaytlıq məktub və başqa materialları öz saytında yerləşdirib.

Qeyd edək ki, mayın 7-də Fransada prezident seçkisinin ikinci turudur. Bu post uğrunda Emmanuel Makron və Marin Le Pen mübarizə aparır.

Məlumatlara görə, “IFOP” və “Fiducial” sosioloji soğru şirkətlərinin nəticələrinə əsasən, “Milli cəbhənin” lideri Le Pen II turda qələbəyə daha yaxındır.

Yeri gəlmişkən, ABŞ-da seçkiqabağı təbliğat kampaniyasında prezidentliyə namizəd Hillari Klintonun da elektron poçtundan “məxfi materiallar”la bağlı məlumat sızmışdı. Mütəxəssislər bunun seçkinin nəticəsinə təsir etdiyini istisna etmirdilər.

Son xəbərlər

Orphus sistemi