Fransa prezidentinin populyarlığı azalıb

Fransa prezidentinin populyarlığı azalıb Fransa prezidenti Emmanuel Makronun populyarlığı azalıb.
Digər ölkələr
30 May , 2019 19:56
Fransa prezidentinin populyarlığı azalıb

Fransa prezidenti Emmanuel Makronun populyarlığı azalıb.  

"Report"un Fransa bürosu xəbər verir ki, bu, “Odoxa” mərkəzinin Avropa Parlamentinə keçirilən seçkilərdən sonra apardığı sosioloji sorğunun nəticələrində öz əksini tapıb.

Sorğuya əsasən, fransızların yalnız 30 faizi Emmanuel Makronun yaxşı prezident olduğunu bildirib. Qalan 70 faiz isə Fransa prezidentinin fəaliyyətinə mənfi qiymət verib. Beləliklə, Makronun populyarlığı bu ilin yanvar ayındakı, yəni "Sarı jiletlilər"in kütləvi aksiyaları zamanındakı səviyyəyə düşüb.

Bununla belə, Avropa Parlamentinə keçirilən seçkilərdə 24,2 faiz səslə birinciliyi qazanan Milli Yığıncaq Partiyasının (RN) lideri Mari Le Penin isə populyarlığı artıb. Fransızların 28 faizinin müsbət rəyini qazanan xanım siyasətçinin populyarlığı əvvəlkinə nisbətən artsa da, ancaq Emmanuel Makronu keçə bilməyib. 

Son xəbərlər

Orphus sistemi