Fransa prezidentinə etimadsızlıq göstərilməsi barədə qətnamə layihəsi rədd edilib

Fransa prezidentinə etimadsızlıq göstərilməsi barədə qətnamə layihəsi rədd edilib Sənədə 79 respublikaçı deputat imza atıb
Digər ölkələr
23 Noyabr , 2016 15:18
Fransa prezidentinə etimadsızlıq göstərilməsi barədə qətnamə layihəsi rədd edilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Fransa parlamentinin Aşağı Palatasının bürosu Prezident Fransua Ollanda etimadsızlığı göstərilməsi haqqında qətnamə layihəsini rədd edib.

“Report“ “France Press”ə istinadən xəbər verir ki, bu layihə müxalifətdə olan Respublikaçılar Partiyası tərəfindən irəli sürülüb. Bu qərar Aşağı Palatanın kollegiyal qurumu sayılan büronun qapalı toplantısında qəbul olunub.

Xəbərdə bildirilib ki, qətnamə layihəsi noyabrın əvvəlində təqdim edilib. Sənədə 79 respublikaçı deputat imza atıb. Layihə müəllifləri prezidenti “gizli sənədlər” haqqında məlumat verməkdə ittiham edərək ona impiçment göstərilməsini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi