Fransa prezidenti ABŞ-ın yeni prezidenti ilə Ukrayna, Suriya və İraqdakı vəziyyəti müzakirə edəcək

Fransa prezidenti ABŞ-ın yeni prezidenti ilə Ukrayna, Suriya və İraqdakı vəziyyəti müzakirə edəcək Fransua Olland: "Avropanın təhlükəsizliyi üçün nə etməliyik?"
Digər ölkələr
11 Noyabr , 2016 16:29
Fransa prezidenti ABŞ-ın yeni prezidenti ilə Ukrayna, Suriya və İraqdakı vəziyyəti müzakirə edəcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Fransa Prezidenti Fransua Olland ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla Ukrayna, Suriya və İraqdakı vəziyyəti, terrorçuluğa qarşı mübarizəni, eləcə də başqa məsələləri müzakirə edəcək.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, seçkinin səhəri gün Olland Trampa məktub yazaraq ümumi maraqları əhatə edən məsələləri mümkün qədər tez müzakirə etmək təkilfini verib.

“Bizim terrora qarşı mübarizədə mövqeyimiz necə olmalıdır? Avropanın təhlükəsizliyi üçün nə etməliyik? Almaniya kansleri Angela Merkellə Ukraynadakı vəziyyətə dair birlikdə hazırlayıb böhrandan çıxışı yolu tapmaq cəhdimizə sizin mövqeyiniz necədir? İraq və Suriyadakı vəziyyətlə bağlı nə edəcəyik? Əməliyyatı necə keçirəcəyik? Bütün bu kimi suallar müzakirə edilməlidir” - Fransua Olland Fransanın “France2” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Donald Tramp vəzifəsinin icrasına 2017-ci ilin yanvarından başlayacaq: “ABŞ-la münasibətimiz aydın və aşkar olsun” - Fransa prezidenti bildirib.

Qeyd edək ki, telefon danışığının bu gecə olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi