Fransa prezidenti: "Trampın Yerusəlimlə bağlı qərarı beynəlxalq hüquqa ziddir"

Fransa prezidenti: "Trampın Yerusəlimlə bağlı qərarı beynəlxalq hüquqa ziddir" "Yerusəlimin statusu İsrail və Fələstin arasında dialoq yolu ilə həll olunmalıdır"
Digər ölkələr
6 Dekabr , 2017 23:25
Fransa prezidenti: Trampın Yerusəlimlə bağlı qərarı beynəlxalq hüquqa ziddir

Bakı. 6 dekabr. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın beynəlxalq hüquq və BMT qətnamələrinə zidd gedərək Yerusəlimi İsrailin paytaxtı kimi tanıması barədə qərarıns təəssüf hisssi ilə qarşılayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Makron Əlcəzairdə keçirilən mətbuat konfransında bildirib.

"Bu qərar təəssüf doğurur, o, beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddir, Fransa bunu təqdir etmir", — deyə o əlavə edib.

Makron qeyd edib ki, Yerusəlimin statusu məsələsi İsrail və Fələstin arasında dialoq yolu ilə həll olunmalıdır.

Son xəbərlər

Orphus sistemi