Fransa prezidenti Trampın Aİ və NATO haqqında bəyanatını tənqid edib

Fransa prezidenti Trampın Aİ və NATO haqqında bəyanatını tənqid edib "Avropa kənardan məsləhətlərə ehtiyac duymur"
Digər ölkələr
17 Yanvar , 2017 00:22
Fransa prezidenti Trampın Aİ və NATO haqqında bəyanatını tənqid edib

Bakı. 17 yanvar. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Avropa İttifaqı və NATO haqqında bəyanatını tənqid edib.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi "Frans Press" məlumat yayıb.

Tramp Avropa KİV-lərinə müsahibəsində Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq barədə qərarına heyran qaldığını bildirib. O, Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib, NATO-nu mühüm, lakin "köhnəlmiş" təşkilat adlandırıb və Rusiya ilə münasibətlərin yaxşılaşdırılması perspektivlərini təsvir edib.

"Avropa transatlantik əməkdaşlığa həmişə can atacaq, lakin o, qərarları öz maraq və dəyərlərini rəhbər tutaraq qəbul edəcək", — deyə Olland bildirib. O əlavə edib ki, Avropa "kənardan məsləhətlərə ehtiyac duymur".

Bundan əlavə, Fransa prezidentinin sözlərinə görə, NATO yalnız təhlükələr köhnələndə "köhnəlmiş" olacaq.

Son xəbərlər

Orphus sistemi