Fransa prezidenti Səudiyyə Ərəbistanına səfər edib

Fransa prezidenti Səudiyyə Ərəbistanına səfər edib Fransa prezidenti İran ətrafında yaranmış vəziyyəti də müzakirə etmək niyyətindədir
Digər ölkələr
10 noyabr 2017 00:36
Fransa prezidenti Səudiyyə Ərəbistanına səfər edib

Bakı. 10 noyabr. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanına qısa müddətli səfər edib.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Bildirilir ki, Ər Riyadın beynəlxalq hava limanında Makronu Səudiyyənin varis şahzadəsi Məhəmməd bin Salman qarşılayıb. 

Məlumata görə, Makron Yəməndən Səudiyyə Ərəbistanına raket atılmasından sonra Ər Riyada gəlmək barədə qərar qəbul edib.

Bundan əlavə, bildirilir ki, Fransa prezidenti İran ətrafında yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi