Yuxarı
    Bağlamaq

    Fransa prezidenti qəzaya düşmüş yanğınsöndürənlərin ailələrinə həmrəyliyini ifadə edib

    Bədbəxt hadisədə həlak olmuş yanğınsöndürənin və onun həmkarlarının qohumlarına həmrəyliyimi bildirirəm

    Bakı. 25 dekabr. REPORT.AZ/ Fransada çağırışa gedən yanğınsöndürənlər yol qəzasına düşüblər.

    "Report" xəbər verir ki, bu barədə "BFM TV" bildirir.

    Telekanalın məlumatına görə, çağırışa gedən yanğınsöndürən maşın aşıb. Nəticədə 53 yaşlı yanğınsöndürən dünyasını dəyişib, onun üç həmkarı isə xəsarət alıb.

    Onlardan biri ağır vəziyyətdədir. Qəzanın səbəbi hələlik məlum deyil.

    Hadisəylə əlaqədar Fransa prezidenti Fransua Olland da başsağlığını ifadə edib.

    "Mən bədbəxt hadisə nəticəsində həlak olmuş yanğınsöndürənin və onun xəsarət almış 3 həmkarının qohumlarına həmrəyliyimi ifadə edirəm" – deyə Olland yazıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi