Yuxarı

​Fransa prezidenti Paris yaxınlığındakı Suriya qaçqınları ilə görüşüb

Fransua Olland suriyalı qaçqınlar ilə uzun-uzadı söhbət edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Parisin şimal-qərbində yerləşən Serji-Pontuaz şəhərində suriyalı qaçqınlar üçün yaradılan düşərgəyə səfər edib.

"Report" xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Görüşə mətbuat işçiləri buraxılmayıb.

Hazırda Serji-Pontuazda sentyabrın 9-da Almaniyadan avtobuslarla Fransaya gələn kiçik miqrant qurupu yaşayır. Onlar Paris yaxınlığında iki düşərgəyə yerləşdirilib.

Fransa prezidenti qaçqınlarla uzun-uzadı söhbət edib. O qaçqınlara Fransada sığınacaq verilməsi məsələsinə operativ olaraq 15 gün ərzində baxılacağını bildirib.

Fransa iki illik müddət ərzində öz ərazisinə 24 min qaçqın və miqrant yerləşdirməyi planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi