Fransa prezidenti İrakda kürd hərbi birləşmələrinin qərargahını ziyarət edib

Fransa prezidenti İrakda kürd hərbi birləşmələrinin qərargahını ziyarət edib Fransua Ollandı Fransanın müdafiə naziri Jan-İv Le Drian, həmçinin İrak Kürdüstanın rəhbəri Məsud Barzani müşaiyət ediblər.
Digər ölkələr
2 Yanvar , 2017 22:43
Fransa prezidenti İrakda kürd hərbi birləşmələrinin qərargahını ziyarət edib

Bakı. 2 yanvar. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland bugün İrakda kürd hərbi birləşmələrinin qərargahını ziyarət edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə kürd telekanalı “Rudaw” məlumat yayıb.

Fransa dövlət başçısı ölkənin şimal bölgəsi olan Naynavada aparılan əməliyyatlarla, Mosulun İŞİD qruplaşmasından azad olunması ilə tanış olub.

Fransua Ollandı Fransanın müdafiə naziri Jan-İv Le Drian, həmçinin İrak Kürdüstanın rəhbəri Məsud Barzani müşaiyət ediblər.

Son xəbərlər

Orphus sistemi