Fransa Prezidenti G 20 sammiti üçün getdiyi Buenos-Ayres hava limanında rəsmən qarşılanmayıb

Fransa Prezidenti G 20 sammiti üçün getdiyi Buenos-Ayres hava limanında rəsmən qarşılanmayıb Bakı. 30 noyabr. REPORT.AZ/ Argentinalı rəsmilər səhvən Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijiti G 20 sammitində iştirak etrmək üçün Buenos-Ayresə gəldikləri zaman qarşılamayıblar.
Digər ölkələr
30 Noyabr , 2018 15:31
Fransa Prezidenti G 20 sammiti üçün getdiyi Buenos-Ayres hava limanında rəsmən qarşılanmayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Argentinalı rəsmilər səhvən Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijiti G 20 sammitində iştirak etrmək üçün Buenos-Ayresə gəldikləri zaman qarşılamayıblar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, E.Makronu və Fransanın birinci xanımını anlaşılmazlıq səbəbilə yalnız işçi formasında olan aeroport əməkdaşı qarşılayıb, lakin onlar aeroportu tərk etmək üçün maşına minən anda Argentinanın vitse-prezidenti Qabriela Miketti özünü hava limanına çatdırıb və qonaqları salamlayıb.

Yerli KİV yazır ki, hadisə ilə bağlı şəkillər və zarafatlar dərhal sosial şəbəkələrə yayılıb.

Qeyd edək ki, G 20 sammiti noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi