Fransa prezidenti bu gün ayətullah Sistani ilə görüşəcək

Fransa prezidenti bu gün ayətullah Sistani ilə görüşəcək Emmanuel Makron İraqa Livandan gedib.
Digər ölkələr
2 Sentyabr , 2020 12:04
Fransa prezidenti bu gün ayətullah Sistani ilə görüşəcək
Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 2-də İraqa bir günlük səfər edib.

“Report” xəbər verir ki, məlumatı İraqda dərc olunan “Kulalakhbar” qəzeti yayıb.

Bildirilib ki, o, səfər çərçivəsində İraqın Baş Naziri Mustafa əl-Kazimi və dövlətin başqa rəsmiləri ilə görüşlər keçirib.

Məlumata görə, E.Makron səfər çərçivəsində şiə liderlərindən biri ayətullah Əli əs-Sistani ilə İraqın Nəcəf şəhərində görüşəcək.

Fransanın dövlət başçısı İraqın şimalına səfər etməyəcək. Bölgənin kürd liderlərini Bağdadda qəbul edəcək.

Qeyd edək ki, Emmanuel Makron İraqa Livandan gedib.

Son xəbərlər

Orphus sistemi