Fransa prezidenti AŞPA-da mühacir problemini qaldırıb

Fransa prezidenti AŞPA-da mühacir problemini qaldırıb Biz mühacir alveri ilə məşğul olan şəxslərə qarşı birgə mübarizə aparmalıyıq“.
Digər ölkələr
1 Oktyabr , 2019 16:37
Fransa prezidenti AŞPA-da mühacir problemini qaldırıb

"Biz mühacir alveri ilə məşğul olan şəxslərə qarşı birgə mübarizə aparmalıyıq“. 

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında sualları cavablandırarkən bildirib. 

Onun sözlərinə görə, Avropada qaçqın statusu "arzusu"nu satan şəbəkələr fəaliyyət göstərir: "Onlar Avropa ölkələrində qaçqın statusu almaq üçün heç bir hüququ olmayan insanları aldadaraq qitəyə gəlmələrinə şərait yaradırlar. Biz belə qruplaşmalara qarşı tədbirlərimizi genişləndirməli və birgə mübarizə aparmalıyıq".

E.Makron deyib ki, mühacir axını ölkələrə ziyan vurur: "Qaçqın statusu almaq hüququ olmayan insanların ölkəmizə axını miqrantların çoxluğundan əziyyət çəkən sistemin fəaliyyətini zəiflədir. Beləliklə, həqiqətən, sığınacaq hüququna layiq olan insanların işinə baxılması yubanır. Hətta onların işinə baxılması bəzən 3-4 il çəkir. Belə hallar da onları yoxsulluğa məhkum edir". 

Son xəbərlər

Orphus sistemi