Fransa polisi “sarı jiletlilər”in aksiyasını dağıtdı

Fransa polisi “sarı jiletlilər”in aksiyasını dağıtdı Fransanın paytaxtı Parisdə toplaşan etirazçılar polislər tərəfindən cərimələnib və aksiya dağıdılıb.
Digər ölkələr
9 Fevral , 2020 01:37
Fransa polisi “sarı jiletlilər”in aksiyasını dağıtdı

Fransanın paytaxtı Parisdə toplaşan etirazçılar polislər tərəfindən cərimələnib və aksiya dağıdılıb.

“Report”un Fransa bürosu xəbər verir ki, Parisin qadağan olan küçələrində aksiya keçirməyə cəhd edən, özünü “sarı jiletli” adlandıran 140 aksiya iştirakçısı cərimə, 32 nəfəri sorğu-sual olunub.

Onların arasında “sarı jiletlilər”in rəhbəri Erik Drue də olub. Paytaxtın xüsusilə Yelisey küçəsi, San-Lazar vağzalı və böyük mağazaların ətrafında toplaşmaq Paris Baş Polis İdarəsinin dünən verdiyi rəsmi qərarı əsasında qadağan edilib. Nümayiş iştirakçıları isə qadağaya məhəl qoymayaraq aksiya keçirməyə cəhd göstəriblər.

Son xəbərlər

Orphus sistemi