Yuxarı

Fransa polisi terrorçuya kömək etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb

İndiyə qədər bu cür ittihamla 7 nəfər saxlanılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Fransa polisi iki nəfəri yanvar ayında Parisdə və şəhər ətrafında 5 nəfəri öldürmüş Amedi Kulibaliyə kömək etməkdə şübhəli bilərək saxlayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, adları açıqlanmayan bir kişi və bir qadın Fransanın şimalında nəzarət altına alınıb.

Bu terror aktının istintaqının gedişində indiyə qədər 22-33 yaş arası 7 nəfər saxlanılıb. Onların hamısı Kulibaliyə "maddi-texniki" yardım göstərməkdə şübhəli bilinir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi