Yuxarı
    Bağlamaq

    Fransa polisi "Google" şirkətinin Parisdəki qərargahında axtarış həyata keçirir

    Axtarışlar vergidən yayınma halları üzrə aparılır

    Bakı. 24 may. REPORT.AZ/ Fransa polisi bu gün "Google" şirkətinin Parisdəki qərargahında axtarış həyata keçirir.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, axtarışlar vergidən yayınma halları üzrə aparılır.

    "Əməliyyat maksimum dərəcədə məxfilik şəraitində həyata keçirilir", - deyə mənbə bildirib.

    Qeyd edək ki, fevralın sonunda Fransa KİV-də hökumətin "Google" şirkətindən 1,6 milyard avro məbləğində vergidən yayınmaq halı üzrə şübhələnməsi ilə bağlı məlumat yayılmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi