Fransa Mosula endirdiyi hava zərbələrinin sayını artırıb

Fransa Mosula endirdiyi hava zərbələrinin sayını artırıb Mosulun İŞİD-dən azad olunmasına oktyabrın 17-də başlanıb
Digər ölkələr
3 Noyabr , 2016 22:02
Fransa Mosula endirdiyi hava zərbələrinin sayını artırıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Fransanın Hərbi Hava Qüvvələri terrorçuluqla mübarizə üzrə beynəlxalq koalisiyanın tərkibində Mosulun İŞİD terrorçularından azad olunması üzrə əməliyyatlara dəstək məqsədi ilə endirdiyi zərbələrin sayını üç dəfə artırıb.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat attaşesinə istinadən "Frans Press" məlumat yayıb.

İraqın şimalında yerləşən Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə əməliyyatlar oktyabrın 17-də başlanıb. Əməliyyatları qurudan İraq hərbçiləri, kürd peşmərgə qüvvələri və şiə könüllüləri aparır. Onları havadan başda ABŞ olmaqla beynəlxalq koalisiya aviasiyası dəstəkləyir.

Mətbuat attaşesi Patrik Steqerin sözlərinə görə, 17 oktyabr - 1 noyabr tarixlərində Fransa tərəfindən İraq və Suriya ərazisində endirilən 75 aviazərbədən 63-ü Mosul və onun ətraf rayonlarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi