Yuxarı

Fransa Mistral gəmilərinə görə Rusiyaya kompensasiya ödəyəcək?

Mistral gəmilərinə dair müqavilənin dəyəri €1.2 milyard təşkil edir

Bakı. 31 iyul. REPORT.AZ/ Fransa Mistral hərbi gəmilərinə görə Rusiyaya kompensasiya ödəməyə razılaşıb. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, prezident Vladimir Putinin köməkçisi Vladimir Kojinin sözlərinə görə, 2 hərbi gəmini Moskvaya satmaqdan imtina etdiyinə görə Fransa Rusiyaya kompensasiya ödəməyə razılaşıb.

Ancaq Fransa prezidenti Fransua Olland bildirib ki məsələ ilə bağlı yekun razılaşma hələ əldə olunmayıb.

Xatırladaq ki, Fransa Rusiyaya 2 Mistral hərbi gəmisinin satışından Ukraynanın şərqində hərbi münaqişə başlandıqdan sonra imtina edib. 

Rusiya, Ukraynanın şərqində separataçı üsyançıları dəstəkləməkdə ittiham olunur.

Mistral gəmilərinə dair müqavilənin dəyəri €1.2 milyard təşkil edir.

Rusiya bu gəmilərə görə Fransya €840 milyon həcmində ödənişinin bir qismini artıq köçürmüşdü.

Helikopter daşıyıcısı olan həmin gəmilərdən birincisi - Vladivostok adlı gəmi - Rusiyaya 2014-cü ilin noyabr ayında verilməli idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi