Fransa millətçilərinin liderinin deputat toxunulmazlığı ləğv edilib

Fransa millətçilərinin liderinin deputat toxunulmazlığı ləğv edilib Buna səbəb olaraq, Marin Le Penin terrorçu İŞİD qruplaşmasnın qurbanlarından birinin fotosunu öz “Twitter” səhifəsində paylaşması göstərilib
Digər ölkələr
8 Noyabr , 2017 17:18
Fransa millətçilərinin liderinin deputat toxunulmazlığı ləğv edilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Fransa parlamentinin Aşağı Palatası Milli Cəbhə Partiyasının lideri Marin Le Peni deputat toxunulmazlığından məhrum edib.

“Report” xəbər verir ki, bunu “France Pressə” məlumatlı mənbə bildirib.

Buna səbəb olaraq, Marin Le Penin terrorçu İŞİD qruplaşmasının qurbanlarından birinin fotosunu öz “Twitter” səhifəsində paylaşması göstərilib. Ondan əvvəl həmin şəkli terrorçu qruplaşma öz səhifəsində paylaşıbmış.

Marin Le Pen 2015-ci ildə İŞİD tərəfindən həyata keçirilən edam prosesində çəkilən şəkilləri öz “Twitter” səhfəsində paylaşıb. Onlardan biri ABŞ vətəndaşı olan jurnalist Ceyms Foulinin başının terrorçular tərəfindən kəsilməsini əks etdirən foto olub.

Qeyd edək ki, bu ilin martında isə Avropa Parlamenti Marin Le Penin deputat toxunulmazlığının ləğv edilməsinin lehinə səs verib.

Xatırladaq ki, Marin Le Pen sonuncu prezident seçkisində Fransanın indiki prezidenti İmmanuel Makronun əsas rəqibi olub.  

Son xəbərlər

Orphus sistemi