Fransa məhkəməsi zorakılıqda ittiham olunan daxili işlər nazirinin cinayət işini bağlayıb

Fransa məhkəməsi zorakılıqda ittiham olunan daxili işlər nazirinin cinayət işini bağlayıb Fransa məhkəməsi əvvəllər zorlamada təqsirləndirilən respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmaninə qarşı açılan cinayət işini bağlayıb.
Digər ölkələr
12 İyul , 2022 05:43
Fransa məhkəməsi zorakılıqda ittiham olunan daxili işlər nazirinin cinayət işini bağlayıb

Fransa məhkəməsi əvvəllər zorlamada təqsirləndirilən respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmaninə qarşı açılan cinayət işini bağlayıb.

“Report” xəbər verir ki, bu barədə “BFM” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, işə xitam verilməsi barədə qərar iyulun 8-də verilib.

Xatırladaq ki, Darmaninə qarşı cinayət iş 2017-ci ildə Sofi Patterson-Spaç tərəfindən verilən şikayətdən sonra açılıb. Qadın, o zaman Eduard Filipp hökumətində dövlət fəaliyyəti və ictimai maliyyə naziri olan məmuru cinsi təcavüzdə və etibardan sui -istifadə etməkdə günahlandırıb.

Son xəbərlər

Orphus sistemi