Bakı. 27 oktyabr. REPORT.AZ/ Fransa hakimiyyəti Kataloniyanın müstəqilliyi haqqında qətnaməni tanımır və dialoqu ancaq rəsmi Madridlə aparmaq niyyətindədir.
“Report”un RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.
“Mən Kataloniyada baş verənləri narahatlıqla izləyirəm. Fransa İspaniyanı vahid və güclü görmək istəyir. Bizim bircə həmsöhbətimiz var – İspaniya hökuməti”, - deyə nazir bildirib.
Bu səbəbdən fransalı nazir İspaniya konstitusiyasına hörmətlə yanaşmağın və qanunun aliliyinin vacibliyini vurğulayıb.
“Fransa Kataloniya parlamenti tərəfindən qəbul edilən müstəqillik haqqında qətnaməni tanımır”, - deyə o əlavə edib.