Fransa İŞİD ilə mübarizə aparmaq üçün Yaxın Şərqə təyyarədaşıyan gəmi yollayıb

Fransa İŞİD ilə mübarizə aparmaq üçün Yaxın Şərqə təyyarədaşıyan gəmi yollayıb "Şarl de Qoll"un İraqdakı əməliyyatda iştirakı bu gün səhərdən başlayır
Digər ölkələr
23 Fevral , 2015 12:44
Fransa İŞİD ilə mübarizə aparmaq üçün Yaxın Şərqə təyyarədaşıyan gəmi yollayıb

Bakı. 23 fevral. REPORT.AZ/ Fransanın "Şarl de Qoll" təyyarədaşıyan gəmisi İraqda "İslam Dövləti" radikal qruplaşması yaraqlılarına qarşı beynəlxalq koalisiya əməliyyatlarında iştirak etməyə başlayacaq. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyindən bildirilib.

"Şarl de Qoll"un İraqdakı əməliyyatda iştirakı bu gün səhərdən başlayır", - qurumdan xəbər verilib. 

Təyyarə gəmisini "Şevalye Pol" freqatı və Britaniyanın HMS Kent freqatı müşayiət edir.

Son xəbərlər

Orphus sistemi