​Fransa Holokost qurbanlarına 60 milyon dollar ödəyəcək

​Fransa Holokost qurbanlarına 60 milyon dollar ödəyəcək Təzminat SNCF dövlət şirkətinin qatarları ilə nasistlərin həbs düşərgələrinə gətirilənlərə ödəniləcək
Digər ölkələr
6 Dekabr , 2014 00:36
​Fransa Holokost qurbanlarına 60 milyon dollar ödəyəcək
Bakı. 6 dekabr. REPORT.AZ/ Fransa və ABŞ hakimiyyətləri II Dünya müharibəsi zamanı Fransanın dəmiryol şirkəti tərəfindən deportasiya edilən Holokost qurbanlarına təzminatın ödənilməsi barədə razılıq əldə edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, hər iki tərəf təzminat fondunun 60 milyon dollar təşkil edəcəyini bəyan edib.

Təzminat SNCF dövlət şirkətinin qatarları ilə nasistlərin həbs düşərgələrinə gətirilənlərə ödəniləcək.

Holokost zamanı SNCF şirkətinə məxsus qatarlar həbs düşərgələrinə ümumilikdə 76 min yəhudi əsir daşıyıb.

Son xəbərlər

Orphus sistemi