Fransa hökuməti əcnəbi tələbələr üçün təhsil haqqını artırıb.
"Report"un Fransa bürosu xəbər verir ki, bununla bağlı ölkənin təhsil naziri müvafiq əmr imzalayıb.
Bu il aprelin 21-dən rəsmi şəkildə qüvvəyə minən qərar əsasən,
Bundan başqa, əcnəbi tələbələr magistratura pilləsində təhsil ala bilmələri üçün 243 deyil, 3 770 avrolarından keçməli olacaqlar. Bu isə Avropa İttifaqına daxil olan ölkələrin tələbələrinin təhsil haqları ilə müqayisədə on dəfə artıqdır.
Eyni zamanda qərarda bir sıra səbəblərdən, o cümlədən şəxsi məsələlərə görə xarici tələbələrin bu məbləği ödəməkdən azad oluna bilmələri üçün bir sıra istisnalar da öz əksini tapıb.
Qeyd edək ki, qərar doktoranturada təhsil alan xarici tələbələrə şamil olunmayacaq və əvvəlki kimi 380 avro olaraq qalacaq.