Fransa Hindistanın BMT TŞ-nın daimi üzvü olmasının tərəfdarıdır

Fransa Hindistanın BMT TŞ-nın daimi üzvü olmasının tərəfdarıdır Fransa Hindistanı mühüm strateji tərəfdaş hesab edir və onun BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi daxil edilməsini dəstəkləyir.
Digər ölkələr
5 May , 2022 02:30
Fransa Hindistanın BMT TŞ-nın daimi üzvü olmasının tərəfdarıdır

Fransa Hindistanı mühüm strateji tərəfdaş hesab edir və onun BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi daxil edilməsini dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron və Hindistanın baş naziri Narendra Modinin Parisdə görüşündən sonra dərc olunmuş birgə bəyanatında deyilir.

“Fransa Hindistanın BMT Təhlükəsizlik Şurasına daimi üzvlük, eləcə də Nüvə Təchizatçıları Qrupuna üzvlük təklifinə davamlı dəstəyini bir daha təsdiqləyib”, - kommünikenin bir bəndində deyilir.

Son xəbərlər

Orphus sistemi