Fransa elektron səsvermədən imtina edib

Fransa elektron səsvermədən imtina edib Buna səbəb kimi kiberhücum təhlükəsinin yüksək olması göstərilib
Digər ölkələr
7 Mart , 2017 11:28
Fransa elektron səsvermədən imtina edib

Bakı. 7 mart. REPORT.AZ/ Fransa hökuməti iyunda keçiriləcək parlament seçkisində elektron səsvermədən imtina olunması barədə qərar qəbul edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, buna səbəb kimi kiberhücum təhlükəsinin yüksək olması göstərilib.

Məlumata görə, elektron səsvermədən ilk dəfə 2012-ci ildə parlament seçkilərində Fransadan kənarda yaşayan seçicilər istifadə edib. Ölkə daxilində isə belə səsvermə vasitəsindən istifadə olunmayıb.

Son xəbərlər

Orphus sistemi