Fransa donanması 6 ton kokain aşkarladı

Fransa donanması 6 ton kokain aşkarladı ​​​​​​​Fransanın Hərbi Dəniz Qüvvələri Qvineya körfəzində saxladığı gəmidə 6 ton kokain aşkarlayıb
Digər ölkələr
23 Mart , 2021 00:31
Fransa donanması 6 ton kokain aşkarladı

Fransanın Hərbi Dəniz Qüvvələri Qvineya körfəzində saxladığı gəmidə 6 ton kokain aşkarlayaraq müsadirə edib.

“Report”un məlumatına görə, bu barədə Cənubi Afrikanın “SABC” radiostansiyası Fransa komandanlığına istinadən xəbər verib.

Əməliyyat Fransa və Niderland kəşfiyyatının əldə etdiyi məlumatlar əsasında 21 mart tarixində baş tutub. Fransanın “ Dixmude” desant gəmisi Sent-Kids və Nevis bayrağı altında hərəkət edən Nijlan yük gəmisini dayandırıb.

Gəmidə 6 ton narkotik vasitə olan kokain aşkarlanıb. Əməliyyat Sent-Kids və Nevis hökumətinin razılığı ilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi