Fransa, Britaniya və Almaniya Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İranı ittiham edib

Fransa, Britaniya və Almaniya Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İranı ittiham edib Fransa, Böyük Britaniya və Almaniya birgə rəsmi məlumatda Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumda İranı ittiham edib.
Digər ölkələr
24 Sentyabr , 2019 03:03
Fransa, Britaniya və Almaniya Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İranı ittiham edib

Fransa, Böyük Britaniya və Almaniya birgə rəsmi məlumatda Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumda İranı ittiham edib.

Bu barədə "Report" Almaniya hökumətinin saytına istinadən xəbər verir.

"Bizim üçün aydındır ki, bu hücuma görə İran məsuliyyət daşıyır. Başqa ehtimal olunan izahat yoxdur", - deyə rəsmi xəbər bildirilir.

Üçlük həmçinin neft obyektlərinə hücumu pisləyib və Səudiyyə Ərəbistanı xalqı ilə həmrəylik ifadə edib.

Daha əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson bu hadisədə İranın iştirak etdiyini bildirib.

Sentyabrın 14-də pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət şirkətinin iki neftayırma zavoduna hücüm edib. ABŞ-ın dövlət katibi Maykl Pompeo bu hücumda İranı ittiham edib.

İranın müdafiə naziri Əmir Hatəmi isə öz növbəsində zavodlara hücumlarda Tehranın ünvanına səsləndirilən ittihamları rədd edib. 

Son xəbərlər

Orphus sistemi