Yuxarı
    Bağlamaq

    Fransa BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb

    İclas bu gün qapalı rejimdə keçiriləcək

    Bakı. 16 dekabr. REPORT.AZ/ Fransa təcili olaraq BMT Təhlükəsizlik Şurası iclasının çağırılması tələbi ilə çıxış edib.

    "Report" AFP-yə istinadən xəbər verir ki, iclas bu gün qapalı rejimdə keçiriləcək.

    Əsas müzakirə mövzusu Suriyanın Hələb şəhərində hazırkı vəziyyət və onun yaxşılaşdırılması üçün görülə biləcək tədbirlər olacaq.

    Görüşdə, həmçinin dinc sakinlərin təxliyə olunması və humanitar yardımın göstərilməsi müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi