Fransa bir ildə qaçqınların ölkədən qovulmasına 500 milyon avro xərcləyib

Fransa bir ildə qaçqınların ölkədən qovulmasına 500 milyon avro xərcləyib Qaçqınların ölkədən qovulması 2018-ci ildə Fransa hökumətinə 500 milyon avroya başa gəlib.
Digər ölkələr
5 İyun , 2019 14:01
Fransa bir ildə qaçqınların ölkədən qovulmasına 500 milyon avro xərcləyib

Qaçqınların ölkədən qovulması 2018-ci ildə Fransa hökumətinə 500 milyon avroya başa gəlib.

"Report"un Fransa bürosu xəbər verir ki, bu rəqəm Fransa parlamentlərarası hesabatda yer alıb. 

Bildirilib ki, sənədsiz miqrantların ölkədən qovulması prosesi öz istəyi ilə tərk edənlərdən 6 dəfə daha artıq xərc tutur. Belə ki, hər bir məcburi qovulan qaçqın üçün dövlət 13 794 avro xərcləyir.

Hesabatda göstərilir ki, ötən il 33 960 xarici vətəndaş Fransadan zorla çıxarılaraq gəldikləri ölkəyə geri qaytarılıb. Onların əksəriyyəti Əlcəzair, Albaniya, Rumıniya, Mərakeş və Sudandan olub. Bundan əlavə, 10 676 sənədsiz miqrant isə könüllü surətdə ölkəni tərk edib ki, onlar, əsasən, Albaniya, Əfqanıstan, Moldova, Serbiya və Şimali Makedoniya vətəndaşlarıdır.

Qeyd edək ki, Fransa Milli Assambleyasının sığınacaq, immiqrasiya və inteqrasiya məsələləri ilə məşğul olan deputatlarının hazırladıqları bu hesabat sabah parlamentin yuxarı palatasında - Senatda təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi