Fransa baş nazirinin qardaşı oğlu İsraildə hücuma məruz qalıb

Fransa baş nazirinin qardaşı oğlu İsraildə hücuma məruz qalıb Hələlik hücumla bağlı heç kim saxlanılmayıb
Digər ölkələr
9 Yanvar , 2018 14:14
Fransa baş nazirinin qardaşı oğlu İsraildə hücuma məruz qalıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Fransa Baş naziri Eduard Filippin qardaşı oğluna İsraildə Qırmızı dənizin sahilindəki Eylat kurort şəhərində bıçaqla hücum olub.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, baş nazirin 25 yaşlı qohumu dostları ilə şəhərdə gəzərkən hücuma məruz qalıblar.

Hadisə yanvarın 3-də baş versə də, məlumat yanvarın 9-da yayılıb. Yaralanan Fransa vətəndaşları xəstəxanaya yerləşdiriliblər. Onların ikisi yanvarın 4-də, 3-ü isə yanvarın 5-də ölkəsinə qayıdıb.

İsrail polisi faktla bağlı araşdırma aparır. Fransalı turistlərə bir neçə kişinin hücum etdiyi ehtimal olunur. Ancaq onlar hadisə yerindən qaçaraq gizləniblər. Hələlik hücumla bağlı heç kim saxlanılmayıb. 

Son xəbərlər

Orphus sistemi