Fransa aviaşirkəti Afrikanın üç ölkəsinə uçuşu dayandırıb

Fransa aviaşirkəti Afrikanın üç ölkəsinə uçuşu dayandırıb Fransanın mili aviadaşıyıcısı Fransa Hava Yolları (“France Air”) Niger, Burkino-Faso və Malinin paytaxtlarına - Niamey, Uaqaduqu və Bamakoya uçuşları dayandırıb.
Digər ölkələr
7 avqust 2023 12:20
Fransa aviaşirkəti Afrikanın üç ölkəsinə uçuşu dayandırıb

Fransanın mili aviadaşıyıcısı Fransa Hava Yolları (“France Air”) Niger, Burkino-Faso və Malinin paytaxtlarına - Niamey, Uaqaduqu və Bamakoya uçuşları dayandırıb.

“Report” xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndələri məlumat veriblər.

Bildirilib ki, Niameyə uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb, Uaqaduqu və Bamakoya uçuşlar isə avqustun 11-dək ləğv edilib.

Aviaşirkətdən vurğulanıb ki, Niger üzərində hava məkanının bağlanması səbəbindən uçuş planlarına yenidən baxmağa məcburdur. Bu, Afrikanın bir neçə ölkəsinə uçuşların müddətinin 15 dəqiqədən iki saata qədər uzanmasına səbəb olacaq.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hakimiyyət çevrilişi olub. Burkino-Faso və Mali Nigerə istənilən hərbi müdaxiləni özlərinə qarşı müharibə kimi qiymətləndirəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi