Fransa 2025-ci ilə qədər hərbi xərcləri 40% artırmaq niyyətindədir

Fransa 2025-ci ilə qədər hərbi xərcləri 40% artırmaq niyyətindədir Bakı. 8 fevral. REPORT.AZ/ Fransa hökuməti 2025-ci ilədək hərbi xərclərin 40% artırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Digər ölkələr
8 Fevral , 2018 14:32
Fransa 2025-ci ilə qədər hərbi xərcləri 40% artırmaq niyyətindədir
Sputnik

Bakı. 8 fevral. REPORT.AZ/ Fransa hökuməti 2025-ci ilədək hərbi xərclərin 40% artırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.

"Report" RBK-ya istinadən xəbər verir ki, sənəddə həmçinin hərbi xərclərin 2018-ci ildəki 34,2 milyard avrodan 50 milyard avroya qədər artırılacağı göstərilib. Belə ki, hərbi xərclər hər il 1,7 milyard avro, 2023-cü ildən etibarən isə ildə 3 milyard avro artacaq.

Vəsaitin böyük hissəsi hərbi texnikanın yenilənməsi və müasirləşdirilməsi üçün istifadə olunacaq. Fransa hökuməti təyyarələrin, gəmilərin, zirehli nəqliyyat vasitələrinin kütləvi dəyişdirmək, eləcə də nüvə arsenalını xeyli yeniləmək istəyir. Bundan əlavə, Nazirlər Kabineti hərbçilərin maddi təminatını yaxşılaşdırmaq niyyətindədir.

Bu tədbirlər Fransanın NATO-ya ianələr üçün lazımi göstəricilərə nail olmasına imkan verəcək. Hazırda ianələrin məbləği ÜDM-in 1,82%-ni təşkil edir, qanun layihəsi qəbul edildikdən sonra isə göstərici lazımi 2%-ə çatacaq.

Son xəbərlər

Orphus sistemi