Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək

Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək Ukraynadakı vəziyyətlə əlaqədar 9,5 mindən çox fransız əsgəri səfərbər ediləcək və ya döyüş hazırlığı vəziyyətinə gətiriləcək, onlardan 1,5 mini NATO-nun şərq cinahının gücləndirilməsi missiyalarında iştirak edəcək.
Digər ölkələr
27 Fevral , 2022 05:45
Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək

Ukraynadakı vəziyyətlə əlaqədar 9,5 mindən çox fransız əsgəri səfərbər ediləcək və ya döyüş hazırlığı vəziyyətinə gətiriləcək, onlardan 1,5 mini NATO-nun şərq cinahının gücləndirilməsi missiyalarında iştirak edəcək.

“Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” Fransa Baş Qərargahına istinadən xəbər verir.

Qeyd olunub ki, Rumıniyada 500-ə yaxın fransız əsgəri yerləşdiriləcək. Estoniyada artıq 300 fransız əsgəri var və daha 100-ə yaxın əsgər dörd “Mirage 2000-5” qırıcısının müşayiəti ilə ora gedəcək. Məqsəd Baltikyanı ölkələrin hava hücumundan müdafiəsini gücləndirməkdir.

Polşa üzərində uçuşlarda isə 600-ə yaxın hərbçi də iştirak edir. Fevralın 24-dən uçuşlar gündə iki dəfə həyata keçirilir. Bundan əlavə, təxminən 8000 fransız əsgəri NATO-nun çevik reaksiya qüvvələrinin bir hissəsi kimi hazır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi