AFR prezidenti təyyarədəki nasazlığa görə 55 nəfərlə Efiopiyada qalıb

AFR prezidenti təyyarədəki nasazlığa görə 55 nəfərlə Efiopiyada qalıb Bakı. 30 yanvar. REPORT.AZ/ Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Teodor Hoys hökumət təyyarəsinin Efiopiyada nasaz olmasına görə Berlinə uça bilməyib.
Digər ölkələr
30 Yanvar , 2019 23:42
AFR prezidenti təyyarədəki nasazlığa görə 55 nəfərlə Efiopiyada qalıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer "Teodor Hoys" hökumət təyyarəsinin Efiopiyada nasaz olmasına görə Berlinə uça bilməyib.

"Report" xəbər verir ki, bu barədə DW bildirib.

Məllumata görə, uçuş təyyarədəki nasazlıq səbəbindən təxirə salınıb. Mütəxəssislər sıxılmış havanın verilməsi sistemi ilə nasazlığı aradan qaldırmağa çalışırlar.

Qeyd edilir ki, 55 nəfərlik nümayəndə heyəti hələlik mehmanxanada qalır. Bu, Ştaynmayerin olduğu təyyarə ilə bağlı ikinci hadisədir. O, 2014-cü ildə də təyyarənin nasazlığına görə vətəninə uça bilməmişdi. Maraqlıdır ki, həmin vaxt da təyyarədə nasazlıq Efiopiyada aşkarlanmışdı.

Daha əvvəl Frank-Valter Ştaynmayer bildirib ki, Almaniya gələcəkdə də Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq. 

Son xəbərlər

Orphus sistemi