Yuxarı
    Bağlamaq

    "Fox News": Donald Tramp bu gün Reks Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd elan edəcək

    ExxonMobil neft korporasiyasının rəhbəri ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb

    Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ prezidenti seçilən Donald Tramp bu gün "ExxonMobil" neft korporasiyasının rəhbəri Reks Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd elan edəcək.

    "Report" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Fox News" telekanalı informasiya yayıb.

    Qeyd edək ki, daha əvvəl D.Tramp "Twitter" səhifəsində administrasiyasında dövlət katibi vəzifəsinə namizədin adını dekabrın 13-də səhər saatlarında elan edəcəyini yazıb.

    Gələcək hökumətdə əsas vəzifələrdən birinə namizədlərin müzakirəsi ABŞ-da artıq bir neçə həftədir davam edir.

    R.Tillerson isə ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb. O, Moskva ilə daha sıx əlaqələrin tərəfdarı kimi tanınır. Üstəlik, 2012-ci ildə R.Tillerson Rusiya prezidentindən Dostluq ordeni alıb.

    Əlavə edək ki, dekabrın 11-də "Fox News" telekanalına müsahibəsində D.Tramp Rusiya iş yaxşı münasibətlərinin olmasını iş adamının üstünlüyü kimi qələmə verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi