ABŞ-da qasırğa nəticəsində 2 nəfər ölüb

ABŞ-da qasırğa nəticəsində 2 nəfər ölüb Tezliklə Nebraska ştatında güclü qasırğa gözlənilir
Digər ölkələr
10 May , 2016 05:15
ABŞ-da qasırğa nəticəsində 2 nəfər ölüb

Bakı. 10 may. REPORT.AZ/ ABŞ-ın cənub ştatı Oklaxomada baş vermiş güclü qasırğa zamanı ən azı 2 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Bad Remminq dairəsinin Fövqəladə Vəziyyət İdarəsinin direktoru məlumat verib.

Onun sözlərinə görə, ştat mərkəzinin yaxınlığında təxminən 70 yaşlı kişinin meyiti tapılıb. Digər meyit isə Conston dairəsində aşkarlanıb.

Bu arada "Fox News" telekanalı 41 milyon amerikalının tufan riski zonasında olması haqda məlumat yayıb. 

Sinoptiklərin proqnozlarına görə, növbəti qasırğa tezliklə Oklaxomanın şimalındakı Nebraska ştatında gözlənilir.

Son xəbərlər

Orphus sistemi