Bakı. 1 mart. REPORT.AZ/ "Forbes" jurnalı dünya milyarderlərinin yubiley - sayca 30-cu reytinqini dərc edib.
"Report" xəbər verir ki, qlobal siyahının lideri, 2015-ci ildə olduğu kimi, yenə də "Microsoft"un həmtəsisçisi Bill Geyts olub. "Forbes" onun var-dövlətini 75 milyard dollar dəyərində qiymətləndirib.
İkinci yeri "Inditex"in ("Zara", "Pull&Bear" və "Massimo Dutti" brendlərinin) yaradıcısı Amansio Orteqa tutub. Nəşrin qiymətləndirməsinə görə, onun var-dövləti 2,5 milyard dollar artaraq 67 milyard dollara çatıb.
Dünyanın üç varlı insanı sırasına həmçinin Uorren Baffett daxil olub. Onun varidatı 60,8 milyard dollar dəyərləndirilib.
Nəşr qeyd edir ki, bu il siyahıda yer alan milyarderlərdən 66-nın hələ heç 40 yaşı tamam olmayıb.