Floridanın şimalında son 11 ildə ilk dəfə qasırğa müşahidə olunub

Floridanın şimalında son 11 ildə ilk dəfə qasırğa müşahidə olunub Təxminən 70 min ev işıqsız qalıb
Digər ölkələr
2 Sentyabr , 2016 14:01
Floridanın şimalında son 11 ildə ilk dəfə qasırğa müşahidə olunub

Bakı. 2 sentyabr. REPORT.AZ/ Ermine qasırğası Florida ştatının şimalını cənginə alıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu, ştat ərazisində son 11 ildə müşahidə olunan ilk qasırğadır.

Artıq ABŞ-ın üç ştatında - Corcoya, Florida və Şimali Karolinada fövqəladə vəziyyət tətbiq edilib. Küləyin sürəti saatda 130 km-ə çatır.

Floridanın paytaxtında, Tallahassi şəhərində artıq təxminən 70 min ev işıqsız qalıb. Meteoroloqlar daşqın riski barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Floridada son qasırğa 2005-ci ilin oktyabr ayında müşahidə olunan Uilma qasırğası olub. O zaman beş nəfər həlak olmuşdu. Qasırğanın vurduğu zərərin aradan qaldırılması 23 milyard dollara başa gəlmişdi.

Son xəbərlər

Orphus sistemi